İngiltərə Baş naziri Ərdoğanı təbrik edib

İngiltərə Baş naziri Ərdoğanı təbrik edib

Böyük Britaniyanın Baş naziri Boris Conson və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığının olduğu və hər ikisinin İngiltərə-Türkiyə ticarətinin artmasını alqışladığı ifadə edilib. SİA xəbər verir ki, bu barədə bağlı bəyanatda deyilir. Bəyanatda liderlərin artan iqtisadi impuls əsasında iki ölkə arasında mövcud Azad Ticarət Sazişinin genişləndirilməsini arzu etdikləri, həmçinin müdafiə texnologiyaları və nüvə enerjisi sahəsində əməkdaşlığın artırılması üçün maraqlı yeni imkanları müzakirə etdikləri vurğulanıb.

Baş nazir Conson Prezident Ərdoğanı bu yaxınlarda Rusiyanın Ukraynada taxıl blokadasına son qoymasına kömək edən Türkiyənin əvəzolunmaz qlobal liderliyinə görə təbrik edib”, - deyə məlumatda bildirilir. Bəyanatda həmçinin bildirilib ki, Conson Ukraynaya əsassız işğala qarşı dəstəyin davam etdirilməsinin, o cümlədən Rusiyaya qarşı güclü iqtisadi sanksiyaların davam etdirilməsinin vacibliyini vurğulayıb. Liderlərin gələcək üçün bir-birlərinə yaxşılıq dilədikləri bəyanatda Conson və Ərdoğanın İngiltərə ilə Türkiyə arasındakı əlaqələrin möhkəmlənməyə davam edəcəyi mövzusunda razılaşdıqları vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə