Türkiyə aviasiya vasitələri Azərbaycandadır - FOTOLAR

Türkiyə aviasiya vasitələri Azərbaycandadır - FOTOLAR

"TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib. Bu barədə SİA Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə