Xilaskar missiyalı insan ŞƏRH

Tarixdə elə qüdrətli, böyük şəxsiyyətlər var ki, onlar öz fitri istedadı, bilik və bacarığı, zəkası, intellekti, gələcəyi görmə qabiliyyəti və öz fəaliyyətləri ilə tarixdə iz qoyur, tarix yazırlar. Belə insanlar daim yaşayır və heç zaman unudulmurlar. Azərbaycan xalqı çox şanslı, xoşbəxt xalqdır ki, Tanrı belə nadir şəxsiyyətlərdən biri olan Heydər Əliyevi Azərbaycana bəxş edib. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu əbədiyaşar Liderimiz Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçildi və bununlada Azərbaycan dövlətinin müstəqilliyə gedən yolu açılmış oldu. Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi 1 il 9 ay ərzində ulu öndər Heydər Əliyev muxtar respublikada qısa zamanda sabitlik təmin edildi, sosial-iqtisadi vəziyyət yaxşılaşmağa başladı, Türkiyə və İranla sıx münasibətlər quruldu. Naxçıvanın ağır dövrdə Heydər Əliyevin nüfuzu sayəsində qurduğu beynəlxalq əlaqələri muxtar respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitə idi. Türkiyə ilə əlaqələrin inkişafında 1992-ci il mayın 28-də açılan Sədərək-Dilucu körpüsü mühüm rol oynadı.1991-1993-cü illər arasında ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.Daha sonra Ümummilli lider Heydər Əliyev xalqın istək və arzusu, təkid və tələbi ilə hakimiyyətə gəlməsi Azərbaycanımızı çox ciddi təhlükələrdən xilas etdi. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin, xüsusilə AXC-Müsavat cütlüyünün səriştəsizliyi, bacarıqsızlığı nəticəsində torpaqlarımız bir-bir düşmən tərəfindən işgal edilir, ölkədə özbaşınalıq, anarxiya baş alıb gedirdi. Ölkə qardaş qırğını həddinə çatmış, müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.Ölkənin belə bir ağır vəziyyətində Azərbaycan xalqı ulu öndərə çağırış edərək "Heydər baba! Xalqı bu bəladan qurtar!" deməsi bir daha üzaqgörənliyini, müdrikliyini nümayiş etdirdi. Təbii ki, Ulu öndər canından çox sevdiyi xalqının,ölkəsinin bu vəziyyətinə biganə, seyirci qala bilməzdi. 1993-cü ilin 9 iyun tarixində ulu öndərimiz Heydər Əliyev xalqın səsinə səs verərək Bakıya gəldi. Ali Sovetin sədri seçildi, 24 iyunda isə Prezident səlahiyyətlərinin icra etməyə başladı.Bu tarixdən sonra ölkəmizdə bütün sahələrdə böyük dönüş yarandı və bu günkü qüclü, qüdrətli, qalib Azərbaycanın təməli qoyuldu.Ulu öndərimizin rəhbərlik etdiyi illər Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları məhz Heydər Əliyev zəkasının, siyasi kursunun təntənəsidir. Bu gün də bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasi kurs Azərbaycanı məğlub ölkədən qalib ölkəyə, Azərbaycan xalqını isə qalib xalqa çevirdi.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə