Brüssel görüşü: Azərbaycanın milli maraqlara söykənən İlham Əliyev diplomatiyasının növbəti uğurudur ŞƏRH
Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə növbəti 4-cü dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan növbəti üçtərəfli görüş keçirilib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan növbəti Brüssel görüşü də bir daha Azərbaycanın siyasi-diplomatik uğuru ilə nəticələndi. Belə ki, görüş əsnasında Ermənistanın baş naziri Nikol Paşinyan hər nə qədər cəhd etsə də ki, konkret nəticələrin əldə edilməsinə mane olsun, buna nail ola bilmədi. Daha dəqiq desək, “status”, “Dağlıq Qarabağ”, “ATƏT-in Minsk qrupu” kimi ifadələrin yenidən dövriyyəyə cəlb edilməsi, etdirilməsi xəyalları yenə puça çıxdı. Və bir daha sübut etdi ki, yenə də şərtləri Azərbaycan deyir və bu görüşdə də masada şərtləri Azərbaycan diktə etdi, Ermənistan isə əliboş getdi. Həmçinin, bu görüş bir daha göstərdi ki, konkretlik ortaya qoymaqla vasitəçilikdə qərarlı və qətiyyətlidir.Ən əsası isə, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sayca dördüncü görüşü prosesin rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılması və intesivləşdirilməsi baxımından uğurlu hesab etmək olar.Qed edək ki, Aİ Şurası Prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlə bağlı bəyanatında Şarl Mişel bildirib ki, belə həssas bir vəziyyətdə deyilən hər bir söz ictimaiyyətdə açıq şəkildə dinlənilir və diqqətə alınır. Aİ uzunmüddətli davamlı sülhə dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək.Aİ Şurası Prezidenti daha sonra deyib: “Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin proqresini nəzərdən keçirdik. Bütün bu müzakirələrlə yanaşı vurğulamaq istərdim ki, hər iki tərəfin xalqlarının əlaqəsi və onları uzunmüddətli davamlı sülhə hazırlanması vacibdir”. Şarl Mişel bəyanatında, eyni zamanda, görüşdə sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamların nəzərdən keçirildiyini, bu istiqamətdə fəaliyyət göstərən komissiyanın növbəti iclasının noyabrda Brüsseldə reallaşdırılmasının qərara alındığını vurğulayıb. Görüşdə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəlinib və xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırılıb. Bununla bərabər, tərəflər humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə də aparılıb.Bir sözlə, Avropa İttifaqı və şəxsən Prezident Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar.
Ümumilikdə, Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü müdrik və ardıcıl siyasətin növbəti böyük uğurudur. Bu görüşdə qəbul edilən və ölkəmizin maraqlarına tamamilə uyğun olan qərarlar Azərbaycan Prezidentinin dünyada böyük nüfuzunun göstəricisidir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında səsləndirdiyi “Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur” bəyanatında da bu çağırışlar özünü aydın şəkildə göstərir ki, Ermənistan reallıqları qəbul etməli, bölgə dövlətləri arasında münasibətlər bu reallıqlar əsasında qurulmalıdır və başqa çıxış yolu yoxdur, çıxış yolu Azərbaycanla hesablaşmaqdır. Əks təqdirdə bu ölkə yenə də acınacaqlı duruma düşəcək.
FUAD HEYDƏR,
YAP Səbail rayon təşkilatının təlimatçısı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB