Ankarada keçirilən festivalda “Azərbaycan otağı” böyük maraqla ziyarət olunur - FOTOLAR

Ankarada keçirilən festivalda “Azərbaycan otağı” böyük maraqla ziyarət olunur - FOTOLAR

Ankaranın Etimesgut rayonu tərəfindən 24-cü Beynəlxalq Anadolu Günləri Mədəniyyət və Sənət Festivalı təşkil olunub. Sentyabrın 4-də festivalın sonuncu günü keçiriləcək Azərbaycan günlərində zəngin bədii proqram olacaq. SİA xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi festival çərçivəsində “Azərbaycan otağı” qurub. Burada Azərbaycanın zəngin mədəniyyəti, tarixi, incəsənəti təbliğ olunur. Böyük maraqla qarşılanan “Azərbaycan otağı” ziyarətçilərin tükənməz sevgisini qazanıb.

Festivalın ilk günlərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Qars, Ardahan, İğdır və Adananı təmsil edən ayrı-ayrı qurumlar tərəfindən mədəniyyət proqramları təşkil olunub.

Festival sentyabrın 4-dək Türk Bəyləri Kənd Meydanında davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə