Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib - FOTOLAR

Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib - FOTOLAR

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə