Aprel döyüşləri şəhidinin doğum günündə xatirəsi anılıb FOTOLAR

Aprel döyüşləri şəhidinin doğum günündə xatirəsi anılıb FOTOLAR

Sentyabr ayının 1 - də Biləsuvar rayonunun Səmədabad kəndində Aprel döyüşləri şəhidi Novruzov Fərahim Nadir oğlunun doğum günü ilə əlaqədar xatirəsi yad edilib.Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zamiq Mənsimli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin nümayəndəsi Fəxrəddin Allahverdiyev və partiya fəalları Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, şəhid Novruzov Fərahim Nadir oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər. Ziyarət iştirakçıları 2016-ci ilin aprel döyüşlərinin böyük siyasi əhəmiyyətə malik olduğunu vurğuladılar. Aprel döyüşləri Ermənistan ordusunun məğlubedilməsizliyi barədə fikri alt-üst etdiyini, Azərbaycan dövləti və xalqının torpaq itkisi ilə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini, Ali Baş Komandan İlham Əliyevin həm siyasi müstəvidə, həm də güclü ordu quruculuğu istiqamətində gördüyü mühüm işlər sayəsində torpaqlarımızın işğaldan azad olunacağını bildirdilər. Bu mənada aprel döyüşlərinin böyük zəfərin başlanğıcı kimi tariximizə yazıldığını vurğuladılar. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının yağı düşmənin tapdağından azad edilməsilə, həm də I Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını bildirdilər. O, da qeyd olundu ki, şəhidimizin atası Nadir Novruzovda I Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır.Daha sonra kənd qəbirstanlıqında şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.Azərbaycan Ordusunun əsgəri olan şəhid Novruzov Fərahim Nadir oğlu 1 sentyabr 1996 – cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. 2003 – 2014 – cü illərdə Səmədabad kəbd tam orta məktəbində təhsil alıb. 10 oktyabr 2014 – cü ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. 2 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. 3 aprel 2016 - cı ildə Səmədabad kəndində dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şəhid Novruzov Fərahim Nadir oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə