Cəlilabadda şəhid Mahir Paşayevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub FOTOLAR

Cəlilabadda şəhid Mahir Paşayevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub FOTOLAR

YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi, aparat işçiləri və partiya fəalları 01 sentyabr 2022-ci il tarixdə şəhid Paşayev Mahir Bəxtiyar oğlunun doğum günü ilə əlaqədar, şəhidin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimində iştirak etmişlər. Mərasimdə iştirak edənlər, şəhidin keçdiyi həyat yolundan, göstərdiyi şücaətdən bəhs etmiş, dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan danışmışlar. Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə