Şəhid polkovnik Zaur Nudirəliyevin məzarı ziyarət olunub ŞƏRH

Şəhid polkovnik Zaur Nudirəliyevin məzarı ziyarət olunub ŞƏRH

Vətən müharibəsi qəhrəmanı, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki şəhid Zaur Nudirəliyevin xatirəsi doğum günü münasibətilə ilə məzarı önündə yad edilib. Anım mərasimində Nərimanov rayon icra hakimiyyətinin başçısının müavinləri Yusif Sadıqov, İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev və rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, şəhidin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Mərasimdə Şəhidin xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.Şəhid Zaur Nudirəliyevin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Zaur Nudirəliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə