5-ci Brüssel görüşü nə zaman keçiriləcək? - POLİTOLOQ AÇIQLADI

5-ci Brüssel görüşü nə zaman keçiriləcək? - POLİTOLOQ AÇIQLADI

“Brüssel görüşü bundan öncə keçirilmiş görüşlərdən daha böyük önəm daşıyırdı. Budəfəki görüşdə də öncədən keçirilmiş üç Brüssel görüşündəki ümumi nəticələrin müzakirəsi və gələcəyə dair addımların atılması ilə baxımından mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloq qeyd edib ki, görüşün mühüm və yaddan qalan məsələlərindən biri də Ermənistanla Azərbaycan arasında sülh üzrə konkret müzakirələrin başlamağı ilə bağlı razılığın əldə olunmasıdır: “Yaxın günlərdə məhz Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülhlə bağlı danışıqları üzrə konkret təklifləri hazırlamaq nəzərdə tutulub. Həmçinin bu günə qədər Brüssel görüşlərində qərara alınmış, eyni zamanda minalanmış ərazilərdə baş verən problemlər, eləcə də birinci Qarabağ müharibəsində itkin düşmüş dörd min azərbaycanlının taleyi ilə bağlı məsələlər 4-cü Brüssel görüşündə də müzakirə olunan mövzulardan oldu. 4 saatdan artıq davam edən görüşdə Avropa İttifaqı Şurasının rəhbərliyi altında Azərbaycan və Ermənistan rəhbərləri arasındakı görüşlərin mütamadi və davamlı keçirilməsi məsələsi artıq bir ənənə halına alıb.

Nəzərə almaq lazımdır ki, 5-ci Brüssel görüşünün də payızda keçirilməsi nəzərdə tutulub. Hər Brüssel görüşündən sonra Ermənistan tərəfindən müəyyən addımlar atılmaq üçün təzyiqlər olunur. Bu səbəbdən 4-cü Brüssel görüşündən sonra özəlliklə sülhlə bağlı danışıqlarda müəyyən irəliləyişlər əldə olunması mümkündür”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə