Ordumuzun Laçında yerləşməsi xəbərini eşitdikdən və general-mayor Kənan Seyidovun Laçın şəhərindən Ali Baş Komandana məruzə etdiyi möhtəşəm kadrları izlədikdən sonra cənab Ali Baş Komandan, Respublika Prezidenti İlham Əliyevin nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm sözləri bir daha öz təsdiqini tapdı. Rəşadətli Ordumuzla bir daha fəxr etdik. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi bir daha minnətdarlıqla andıq, onlara Allahdan rəhmət, qazilərimizə şəfalar dilədik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi twitter səhifəsində Laçınla bağlı paylaşım etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ərzində uğurlu döyüş əməliyyatları ilə torpaqları işğalçılardan təmizlədi, Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atmalı oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı. Lakin Ermənistan tərəfi bu Bəyanatın şərtlərini yerinə yetirmək istəmir, bu bəyanatla üzərinə düşən öhdəliklərin icrasını müxtəlif bəhanələrlə süni surətdə uzatmağa çalışırdı. Azərbaycan tərəfinin qətiyyətli mövqeyi, prinsipial münasibəti erməniləri bu dəfə də geri çəkilməyə vadar etdi. Azərbaycanın tarixi torpağı olan Laçın, eləcə də Zabux və Sus kəndləri ordumuzun nəzarətinə keçdi. Bu tarixi nailiyyət bir daha dövlətimizin ərazi bütövlüyü, suverenlik məsələsində nə qədər prinsipial olduğunu ortaya qoydu. Laçın və ətraf kəndlərin ordumuzun nəzarətinə keçməsi, Azərbaycanın strateji əhəmiyyətli bu ərazilərdə möhkəmlənməsi proseslərin gələcək inkişafına da öz müsbət təsirini birmənalı şəkildə göstərəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edəcək və öz tarixi torpaqlarına sahib çıxacaqdır.
Tural Qasımlı
YAP Şamaxı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB