"Ermənistana beynəlxalq ictimaiyyət ciddi təsir göstərilməlidir" - DEPUTAT AÇIQLADI

"Ermənistana beynəlxalq ictimaiyyət ciddi təsir göstərilməlidir" - DEPUTAT AÇIQLADI

"Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı müxtəlif hərbi cinayətlər törədilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsindən itkin düşmüş və bugünə kimi taleyinə aydınlıq gətirilməyən 4 minə yaxın soydaşımız haqqında Ermənistan tərəfindən heç bir məlumat verilməyib: "Bununla bağlı dəfələrlə ən yüksək səviyyədə Ermənistana məlumatların Azərbaycana tərəfinə təhvil verilməsi çatdırılıb. Ermənistan ilk vaxtlarda bunu təkzib edirdi. Çox təəssüflər olsun ki, bu günə qədər də beynəlxalq hüquq bununla bağlı Ermənistana heç bir təzyiq göstərməyib. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərdə çoxlu sayda insan qalıqlarının tapılması bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlər törətdiyinin bariz nümunəsidir. Düşünürəm ki, artıq Ermənistana bununla bağlı beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən çox ciddi təsirlər göstərilməlidir. Əks halda bunun Ermənistan üçün nəticələri ağır ola bilər”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə