"Erməni tərəfi yaxşı başa düşür ki, bu ərazilər onların ərazisi deyil" - POLİTOLOQ İZAH ETDİ

"Erməni tərəfi yaxşı başa düşür ki, bu ərazilər onların ərazisi deyil" - POLİTOLOQ İZAH ETDİ

"Artıq Laçın şəhəri və ətraf kəndləri Azərbaycanın nəzarətinə keçib. Çox təəssüflə qeyd etmək lazımdır ki, Laçın rayonunun təhvil verilməsi prosesi Kəlbəcər rayonunun təhvil verilməsi prosesi kimi oldu". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, erməni vəhşiliyi vandallığı bir daha özünü sübut etdi: "Onlar Azərbaycanın ekologiyasını, flora və faunasını məhv ediblər. Eyni zamanda, onlar yaşadıqları evləri tamamilə dağıdıb və yandırıblar. Ümumiyyətlə, rayonun ekologiyasına ciddi ziyan vurulub.

Erməni tərəfi yaxşı başa düşür ki, bu ərazilər onların ərazisi deyil. Bu səbəbdən onlar bu əraziləri tərk edərkən yaşadıqları evləri yandırıblar. Hətta yeni minaların basdırılması da müəyyən edilib. Bütün bunların hamısı onu göstərir ki, illər keçsə də, erməni vəhşiliyi dəyişməyib və davam edir. Onlar bu torpaqların öz torpaqları olmadıqlarını çox yaxşı bilirlər. Artıq Laçın rayonunda bayrağımız dalğalanır. Bu sözün həqiqi mənasında çox qürurverici bir hisdir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə