Dost və qardaş Qazaxıstanın Qarabağa töhfəsi tarixi əhəmiyyət daşıyır
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizə rəsmi dəvət alması və ikitərəfli görüşlərin keçirilməsi, eləcə də həmin görüşlərdə bir sıra mühüm məsələlər ətrafında razılıqların əldə olunması, sazişlərin imzalanması bir daha sübut edir ki, ölkələrimiz arasında soykökü və tarixi bağlılıqlar ən möhkəm və sarsılmaz təməllərə söykənməkdədir. O cümlədən, ən diqqət çəkən məqamlardan biri də dost və qardaş Qazaxıstan respublikasının işğaldan azad olunmuş Qarabağın bərpasına töhfələrini vermək təşəbbüsüdür.
Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi Qarabağın inkişafına yeni töhfələr bəxş edəcək
Belə ki, avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olmaları, habelə sözügedən layihə ətrafında mühüm fikirlər səsləndirmələri bu əhəmiyyətli konteksti ehtiva etməkdədir.
Başqa tərəfdən, daha bir diqqət çəkən məqam budur ki, Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi yaxın gələcəkdə Qarabağın tarixi mədəniyyət və yaradıcılıq mənzərəsinə öz əlavə, münbit çalarlarını bəxş edəcək. Belə ki, Qarabağ hər zaman özünəməxsus mədəniyyəti ilə seçilib və bu mədəniyyət beşiyinin Füzulidə də yer tapması qürur və fəxr hissləri bəxş etməkdədir. Yaradıcılıq Mərkəzində fəaliyyət göstərəcək qarabağlı uşaqlar, yeniyetmələr öz bilik və bacarıqlarını, qabiliyyətlərini məhz buradan dünyaya təqdim edəcəklər.
Prezident İlham Əliyev: “Bu təşəbbüs iki ay bundan əvvəl irəli sürülüb və bu məsələ belə operativ həll edilib”
Hər iki ölkə rəhbərinə məlumat verilib ki, layihə dörd böyük istiqamətdən ibarətdir: musiqi - vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, uşaq potensialını üzə çıxaran, sənət və yaradıcılıq - dulusçuluq sənəti, heykəltaraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiya...
O da məlumat verilib ki, 2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək. Burada uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq.
Dövlət başçımızın bununla bağlı fikirləri də diqqət çəkəndir. Cənab Prezident İlham Əliyevin sözlərinə görə, təqdimat özlüyündə göstərir ki, bu, dünya səviyyəli layihədir. “Mən, ilk növbədə, Prezident Kasım-Jomart Kemeleviçə bu təşəbbüsə görə minnətdarlıq etmək istərdim. Bu təşəbbüs iki ay bundan əvvəl irəli sürülüb və bu məsələ belə operativ həll edilib. Əlbəttə, bu gün buradakı təqdimata görə şirkətə də təşəkkürümü bildirirəm. Bu gün sizin göstərdiyiniz həqiqətən də uşaqların inkişafı üçün mərkəzdir”, deyə dövlətimizin başçısı vurğulayıb.
Beləliklə, dost və qardaş Qazaxıstanın Qarabağa verdiyi bu töhfəsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq bu kimi reallıqlar ölkələrimiz arasındakı bağlılığı daha da möhkəmləndirir və Azərbaycan-Qazaxıstan münasibətlərində yeni səhifəsini açır.
Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB