"Atılan addımlar Azərbaycanın gücünü bir daha ortaya qoyur” - DEPUTAT ŞƏRH ETDİ

"Atılan addımlar Azərbaycanın gücünü bir daha ortaya qoyur” - DEPUTAT ŞƏRH ETDİ

"Bu günlərdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri baş tutdu". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində ölkə Prezidenti İlham Əliyev ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin görüşü baş tutdu: "Bu, Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Xüsusilə, türdilli ölkələr arasındakı münasibətlərin yeni inkişafı baxımından bu səfər çox əhəmiyyətlidir. Düşünürəm ki, bu səfər gözlənilməyən bir hadisə deyildi. Çünki Azərbaycanın bugünkü yüksəliş və inkişaf tempi, bölgədə və dünyada sülh sahibi olmağı əlbəttə ki, hər gün ona tərəfdaş qazandırır. Azərbaycan ilə tərəfdaşlıq etmək, Azərbaycanın yanında olmaq özlüyündə bölgə üçün güc simvoluna çevrilir. Atılan addımlar, imzalanan sənədlər Azərbaycanın gücünü, potensialını, digər ölkələrin Azərbaycanla əməkdaşlıq və dostluq münasibətləri qurmağa hazır olduğunu bir daha ortaya qoyur”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə