"Qazaxıstan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir" - DEPUTAT AÇIQLADI
"Qazaxıstan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün iki ölkə arasındakı münasibətlər ən yüksək səviyyədədir: "Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri bir daha onu göstərir ki, tərəflər münasibətlərin inkişafında maraqlıdır. Bu, eyni zamanda həm də Azərbaycanın 44 günlük Vətən müharibəsində, Azərbaycanın yeritdiyi xarici siyasətdə də özünü açıq şəkildə göstərir. Bu gün də Azərbaycanın inkişaf potensialı yetəri qədər yüksəkdir. Hazırda ölkələrarası əlaqələr yüksək şəkildə inkişaf edir. Azərbaycan və Qazaxıstan neft, rabitə, kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edir. Ən önəmli məsələlərdən biri də strateji münasibətlərin inkişafıdır. Bütün bunlar iki dövlət arasındakı əlaqələrin daha da güclənməsinə öz töhfəsini verir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB