"Qazaxstan prezidentinin Azərbaycana səfəri çox böyük əhəmiyyət daşıyır" - SİYASİ EKSPERT AÇIQLADI

"Qazaxstan prezidentinin Azərbaycana səfəri çox böyük əhəmiyyət daşıyır" - SİYASİ EKSPERT AÇIQLADI

"Qazaxstan prezidentinin Azərbaycana səfəri çox böyük əhəmiyyət daşıyır. Bu səfər ölkələrimiz arasında yeni bir səhifənin, mərhələnin başlanğıcıdır. Bilirik ki, münasibətlərin bu səviyyəyə çatmasında həm ölkə Prezidenti İlham Əliyevin, həm də Qazaxstan Prezidenti cəvab Tokayevin çox böyük xidmətləri vardır". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, bu səbəbdən də heç təsadüfi deyil ki, Tokayev Bakıda Azərbaycan Prezidentini münasibətlərimizin inkişafındakı xüsusi xidmətlərinə görə ən ali ordenlə tətif etdi: "Bu da Azərbaycan Prezidentinə, Azərbaycan xalqına verilən böyük qiymət idi. Həmçinin Qazaxstan prezidenti vurğuladı ki, o Azərbaycana xüsusi missiya ilə gəlib, münasibətlərin inkişafında strateji əlaqələrin müttəfiqlik səviyyəsinə çatdırılması istiqamətində hər iki tərəf çox böyük səylər göstərir. Həm də Azərbaycan Avropaya çıxış qapısı kimi dəyərləndirilir. Bu da ölkələrimiz üçün çox böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, hərtərəfli, geniş miqyaslı münasibətlərin qurulması nəzərdə tutulur. Burada əsas məqamlardan biri ölkələr arasında qarşılıqlı iqtisadi, ticari əlaqələrin gücləndirilməsidir. Burada 1 milyard dollardan söhbət gedir. Hər iki ölkə liderinin şəxsi, qardaşlıq münasibətləri dünya səviyyəsində davam etdirilir. Azərbaycan Prezidentinin dünyadakı nüfuzu onu göstərir ki, Azərbaycan türkdilli ölkələrlə, xüsusilə qardaş ölkələrlə münasibətlərə çox böyük önəm verir. Bu gün də biz Qazaxstanla olan münasibətlərimizdə müsbət tendensiyanın şahidi oluruq. Biz inanırıq ki, bu münasibətlər gələcəkdə də ən yüksək səviyyədə inkişaf edəcək. Xalqlarımızın, ölkələrimizin rifahı üçün çox böyük addımlar atılacaqdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə