"Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içərisində yaşamayacaqsa,.." - POLİTOLOQ AÇIQLADI
"Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın müstəqillik günü ilə bağlı təbrikində bir neçə nüanslara toxundu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistan müstəqil olmaq istəyir: "Burada verilən sublminal mesajlar, ilk növbədə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, münaqişəyə son verilməsi ilə bağlıdır. Çünki Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içərisində yaşamayacaqsa, Rusiyadan asılı bir dövlət olacaq. Nikol Paşinyan da çıxışında bunu nəzərdə tuturdu. Hesab edirəm ki, o, bununla xalqını müəyyən dərəcədə sülhə hazırlaşdırır. Nikol Paşinyan bundan sonra Azərbaycan ilə anlaşmalara gedə bilər və sülh sazişi istiqamətində praqmatik addımlar atıla bilər”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB