Ermənistan-Azərbaycan görüşü avqustun sonuna planlaşdırılıb

Ermənistan-Azərbaycan görüşü avqustun sonuna planlaşdırılıb

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiya üzvlərinin görüşü avqustun sonuna planlaşdırılıb. SİA xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın ofisinin mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, mayın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında qərar imzalayıb. Onun Ermənistan tərəfdən həmsədri Mher Qriqoryandır.

Bütün xəbərlər Facebook səhifəmizdə