Qarabağ separatçıları hələ də “açılışlar” edirlər (?!) ANALİTİKA+FOTOLAR
Görünür, Araik Arutyunyan Laçın şəhərində, Zabuxda və s. işğaldan azad olunan ərazilərimizdə inşa edilmiş qanunsuz tikililərin daha onlara məxsus olmadığını unudub...
Yəqin ki, bir çoxları mediada hətta 44 günlük müharibədən sonra belə Qarabağda, Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti yerləşdikləri ərazilərimizdə qalmağa davam edən separatçı tör-töküntülərinin müxtəlif infrastrukturlarla bağlı “açılışlarının” şahidləri olublar. Gah Ağdərədə, gah Xocavəndin RSK-nın nəzarəti altındakı ərazilərində, gah Əsgəranda, gah da digər ərazilərimizdə inşa edilən, əslində isə oyuncaq qutulara bənzəyən evlər, uşaq meydançaları və s. söz yox ki, diqqətlərdən kənarda qalmır. Təbii ki, bununla yanaşı, bizlərdə növbəti suallar yaranır: məgər separatçılar bu ərazilərdən rədd olunmayacaqlarmı?! Onlar nə zamana qədər əl-qollarını sallayaraq torpaqlarımızda özlərini ev sahibi kimi aparacaqlar?! Haqlı suallardır, amma gəlin bir reallığı da etiraf edək ki, bir vaxtlar Laçın şəhərinin və Zabux da daxil olmaqla ətrafdakı kəndlərin boşalmayacağını iddia edənlər indi ağızlarına su alıb-susublar.

FOTO: 2016-cı il, Laçının Zabux kəndində qanunsuz inşa edilən evlərin açılış mərasimi
Bəri başdan deyim ki, Xankəndi başda olmaqla yerdə qalan ərazilərimizdə də belə olacaq, şübhə etməsinlər. Halbuki, məhz ermənilərin diasporuna daxil olan ən böyük investor təşkilatı – “Hayastan” fondu tərəfindən Zabuxda qanunsuz olaraq məskunlaşdırılan, əsasən Livan və Suriyadan olan Yaxın Şərq erməniləri üçün yenə də qanunsuz evlər, məktəb binası, uşağ bağçası, habelə digər infrastruktur layihələri inşa edilmişdi. İndi isə həmin yerlər əzəli sahiblərinə - Azərbaycan xalqına geri qaytarılır!
Bu dəfə isə Araik “uşaq-yeniyetmə idman meydançasının açılışında” iştirak edibmiş...

FOTO: Araik növbəti dəfə cibinə axan oğurluq pulların sevincini yaşayır
Bu arada, mövzu ilə bağlı onu da qeyd edək ki, hələ də ağıllarını başlarına toparlaya bilməyən, qısa zaman kəsiyində torpaqlarımızdan rədd olacaqlarını yaxşı bilən başda Araik Arutyunyan olmaqla separatçı-quldurlar çetesi növbəti “layihə” istifadəyə verməyə hazırlaşırlar. Bu dəfə isə Araik “uşaq-yeniyetmə idman meydançasının açılışında” iştirak edibmiş. Hələ bu harasıdır? Araik “vəd” verib ki, gələn il bu icmanın yaşadığı ərazilərə asfalt yol da çəkiləcək. Onu da qeyd edək ki, yalnız Araik deyil, ondan əvvəlki qurama "prezident" Bako Saakyan da, ondan əvvəlki kukla-"prezidentlər" də eyni vasitələrlə erməni fondlarını çapıb-talamaqla məşğul olublar.
İndi isə bir fakta da diqqət edin. Bu, tamamilə başqa bir fonddur - Əsgəran rayonunda qalan separatçı “Gələcək nəsil” fondu...
Qarabağda, RSK-nın müvəqqəti nəzarəti altında yaşayan ermənilər Araik Arutyunyanı yeyintilərdə, çapıb-talamalarda, oğurluqlarda və s. bu kimi məsələlərdə ittiham edirlər
Lakin göründüyü kimi, artıq son vaxtlar ümumiyyətlə, erməni diasporuna məxsus “Hayastan” fondunun adı çəkilmir və bundan sonra da çəkilməyəcək. Məsələ həm də ondan ibarətdir ki, son zamanlar Qarabağda, RSK-nın müvəqqəti nəzarəti altında yaşayan ermənilər Araik Arutyunyanı yeyintilərdə, çapıb-talamalarda, oğurluqlarda və s. bu kimi məsələlərdə ittiham edirlər.

FOTO: Araik Arutyunyanın yeyinti vasitəsi - karton evlər
Söz yox ki, zamanında “Hayastan” fondu da qanunsuz inşaat işləri apararkən Araik bu fondun maliyyəsindən dəfələrlə bəhrələnmişdi. Torpaqlarımız geri alındıqdan sonra isə həmin fond əlini Qarabağdan üzdü, anladı ki, havaya səpdikləri pulları uçub-gedir və Araikin ciblərinə axır. Ona görə də indi separatçı-quldur çetesinin başçısı “nə qopardımsa-qopardım” prinsipi ilə saxta və üzünə belə tüpürülməyən “dqr” adlı qurum vasitəsi ilə guya özündən Qarabağ ermənilərinin “qurucu liderini” düzəldir. Bütün bu kimi oyunbazlıqlar isə kənardan çox süni və açıq-aydın şəkildə uğursuz artistizm kimi görünür.

FOTO: Daha bir taxta-katron ev
Və bu gün separatçı-quldurbaşı daha çox “açılışları” edə bilər, amma bütün bunlar sadəcə müvəqqəti kardon, ucuz materiallar yığnağıdır və söz yox ki, əsl sahibləri geriyə qayıtdıqdan sonra hamısı birmənalı olaraq zibilə atılacaq. Çünki Azərbaycan dövləti öz nəhəng planlarını bu torpaqlarda icra etməyə hazırlaşır. Yaxşı olardı ki, nə qədər vaxtları varsa, Araik və ətrafındakı separatçı tulaları oralardan rədd olsunlar – qəhrəman Azərbaycan əsgəri gəlir!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB