"Bu, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcək" - POLİTOLOQ AÇIQLADI
"Laçın və Xocalıda ermənilərin törətdikləri yanğınlar, ağacların kəsilməsi, evlərin, məktəblərin və bütün infrastrukturun dağıdılması beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də ekoloji terror və insanlıq əleyhinə cinayətlərdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, bütün bunlar sənədləşdirilməli və Ermənistana qarşı hüquq müstəvisində qanuni tələblər irəli sürülməlidir: "Düşünürəm ki, müvafiq dövlət qurumları artıq bu istiqamətdə ilkin addımların atılması üçün müəyyən işlər görürlər. Təbii ki, işin təfərrüatları və prosesin gedişatı haqqında öncədən fikir bildirmək çətindir. Amma nəticədə Ermənistanın bu addımlarına qarşı cinayətkarın cəzalandırılması prinsipi əsasında qəbul edilə biləcək istənilən qərar, sadəcə, ədalətin bərpa edilməsinə deyil, həmçinin, regionda sülh və təhlükəsizliyin təmin olunmasına da mütləq töhfə verəcəkdir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB