"Talançılıq Ermənistan xislətinə xasdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Talançılıq Ermənistan xislətinə xasdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan dövləti və erməni cəmiyyəti xislətlərinə xas olan dağıdıcılıq, talançılıq missiyalarının icrasına sadiqlik nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, düşmənin belə addımları əlbəttə ki, ilk dəfə olmadığı üçün gözlənilməz deyil: "Uzaq tarixə keçmədən, ötən il Kəlbəcər və Ağdamı tərk edən zaman ermənilər yaşayış evlərini, ictimai binaları, yaşıllıqları yandırmış, flora və faunaya ciddi zərbə vurmuşlar. Bu hadisələrin görüntüləri bütün dünyaya təqdim olunur. Lakin beynəlxalq qurumlar təəssüf ki, adekvat mövqe göstərmir, qarşı tərəfi layiqli şəkildə cəzalandırmır. Ermənilərin belə əməlləri istər 1954-cü il Haaqa konvensiyası, istər Cenevrə konvensiyası və əlavə protokolları, eləcə də ekoloji terroru qadağan edən bütün hüquqi konsepsiyalara ziddir. Ümid edirik ki, yaxın gələcəkdə səlahiyyətli qurumlar ciddi yanaşma ortaya qoyaraq hüquqi mexanizmlərin praktikada da var olduğunu bizə göstərəcəklər".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə