"Müharibədə son vəziyyət...” - HƏRBİ EKSPERT AÇIQLADI

“Rusiya-Ukrayna müharibəsində son vəziyyət əvvəlki günlərə görə daha passiv bir xarakter daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, cəbhə xəttində çox ciddi bir yerdəyişmələr mövcud deyil: “Ukraynadan gələn bəyanatlar isə daha aqressiv səslənir. Xüsusilə də Ukrayna prezidentinin ofis rəhbəri Aleksey Aristoviç bu dəfə Krım körpüsünün partladılması ilə bağlı fikirlər səsləndirir. Bu körpünün Ukrayna ərzisində və Ukraynadan icazəsiz olaraq tikilməsini əsas gətirirlər. Digər tərəfdən isə ABŞ-ınkından daha effektiv Qərb silahları Ukraynaya çatdırılır. Bu isə Ukraynanın daha uzaq məsafədə olan hədəflərə dəqiq zərbələr endirməsi ilə nəticələnir. Amma onların sayı hələ Ukraynaya daha geniş hücum əməliyyatlarını həyata keçirməyə imkan vermir. Təchizatın miqyasının artırılması ola bilər ki, sentyabr ayında Ukraynanın bəzi əraziləri Rusiya işğalından azad etməyə imkan verə bilər. Lakin bunlar hələlik ehtimaldır. Münaqişədə gərginlik saxlanılır. Amma əməliyyat şəraitində ciddi dəyişikliklər yoxdur. Ukrayna tərəfi daha çox körpülərə, vağzallara, Krım ərazisində olan bəzi hədəflərə qarşı məhdud zərbələrə üstünlük verir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə