"Meşələrin yandırılması cəzasız qala bilməz" - SİYASİ EKSPERT AÇIQLADI
"Laçın və Xocalı meşələrinin yandırılmasına görə Ermənistan və ermənilər birbaşa məsuliyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, bu, ekoloji terrordur və bütün dünyanın gözü qarşısında baş verir: "Azərbaycan Laçında qanunsuz məskunlaşmış erməni əhalisinə oranı tərk etmək üçün zaman və şərait yaratdı. Onlar isə əvəzində təbiəti dağıtmaqla məşğuldurlar. Bu zonalar artıq münaqişə zonaları deyil, beynəlxalq qurumlar, ətraf mühitin qorunması ilə məşqul olan qurumlar buna reaksiya verməlidir. Bu, cəzasız qala bilməz, çünki bununla bağlı videogörüntülər var. Bununla bağlı beynəlxalq təşkilatlarda məsələ qaldırılmalı və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB