Qarabağda yaşayan ermənilərə status verilə bilməz - ŞƏRH

Azərbaycan dövləti tarixi ədaləti bərqərar etmək üçün bütün mümkün variantlardan istifadə etsə də Ermənistan sülh yolu ilə işğal altında olan torpaqlarımızı boşaltmaq istəmədi. 44 günlük Vətən müharibəsinin zəfəri ilə 30 il ata- baba yurdundan köçkün düşən soydaşlarımızın həsrətinə son qoydu. Yüz illərlə tarixi kökləri olan qədim torpaqlarımıza xain qonşuların göz dikməsi bir dərddir, torpaqlarımızı işğal etməsi isə dözülməzdir Nəhayət tarixi ədalət bərqərar oldu. 30 il kağız üzərində qalan qətnamələri, Azərbaycan Dövləti reallaşdırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük müharibədə möhtəşəm qələbəyə imza atdı. Ermənistan dalana dirəndiyini görüb 3 tərəfli müqavilə- kaputiliyasiya aktına imza atdı. Azərbaycan dövləti yenə də sülhsevər missiyasına sadiq qalaraq, ərazilərin boşaldılması və ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə Azərbaycan ərazilərində azərbaycan vətəndaşına verilən hüquqlarla yaşamaq imkanı verdi. Əslində erməni vandalizmindən sonra bu hümanist addım ermənilər üçün yaşam tarixlərində verilən ən ali, yüksək imkan və fürsət idi. Gərək Ermənistan dövləti bu imkandan yetərincə nəticə çıxarıb, Azərbaycan Dövlətinə və dövlət başçısına minnətdar olaydı. Ancaq qarşılığında biz yenə də erməni riyakarlığı, məkri görürük. Ermənistan dövləti sanki vaxt qazanmaqla nəyisə dəyişmək, nəyəsə nail olmaq istəyir. Əslində bu radikalizm erməni millətinin mövqeyi deyil, korrupsiyalaşmış, hakimiyyətini itirmiş, Ermənistan hökumətinə təsir imkanları olan bir qrubun mövqeyidir. Erməni tərəfin bu cür manipulyasiyasına tutarlı cavab verən Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın götürdüyü öhtəliklərə əməl etmələrinin vacibliyini bildirib. Prezident İlham Əliyevin cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu məsələyə toxunaraq bir daha Ermənistana və onların havadarlarına kəskin mesaj verdi. Azərbaycan Prezidenti bildirdi: ”Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər; - Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil.” Cənab prezident Azərbaycan daxilində heç kəsin müstəsna hüquq tələb etmək hüququnda olmadıgını da vurğuladı: ”Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol.” Beləliklə erməni ictimaiyyəti bir dönüb arxaya” Böyük Ermənistan” xülyasına baxmalı, bir də bu gün başqa dövlətin (Azərbaycanın) işğal etdiyi ərazisindən qovulanda köhnə unitazı qucaqlayan ermənini görməlidir. Bir də Ermənistandakı öz haqqsız iddiaları naminə salınmış erməni gənclərinin ucu - bucağı görünməyən qəbristanlıqlarına baxsınlar. Tarixi dərsin çıxarılmasının əsil vaxtıdır. Əks halda Dəmir Yumruq yenə də yerindədir.

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə