Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir ŞƏRH

Bildiyimiz kimi, avqustun 12-də ölkə Prezidenti cənab İlham Əliyev İsmayıllı və Ağsu rayonlarına səfər etmiş və “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olmuşdur. Qeyd etmək lazımdır ki, 2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyətə başlayan “Ağsu Aqropark”ın ümumi ərazisi 1843 hektar olmaqla layihə dəyəri 18 milyon manatdır. Aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri heyvandarlıqdır. Xüsusilə vurğulamaq lazımdır ki, son illərdə iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, regionların inkişafının və əhalinin məşğulluq səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfələr verir. Bu gün ölkəmizdə infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür, yeni yeni iş yerləri yaradılır və bütün bu amillər ölkə iqtisadiyyatının inkişafına xüsusi təkan verir. Azərbaycan iqtisadi cəhətdən dinamik inkişaf edən dövlətdir və dünya iqtisadiyyatına uğurla inteqrasiya etməkdədir.

Ümumiyyətlə ölkə iqtisadiyyatının inkişafı, sosial infrasturuktur layihələrinin uğurla icrası dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bütün bu uğurlar isə ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasi kursunun məntiqi nəticəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət strategiyasının əsasını təşkil edən amillərdən biri də xalqın milli maraqlarının qorunması və təmin olunmasıdır. Hər zaman öz xalqına böyük diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri cənab İlham Əliyev əhalinin sosial problemlərinin həllinə, insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına ciddi önəm vermişdir. Məhz bu kimi amillər xalqın alternativsiz lider olan ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməsini şərtləndirən meyarlardan biridir. Dövlətimizin uğurla həyata keçirdiyi sosial, iqtisadi siyasət xəttinin mərkəzində insan faktoru əsas götürülür və nəticə etibarı ilə əhalinin həyat şəraiti gündən günə yaxşılaşdırılır. Xüsusilə qeyd etmək laımdır ki, Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünyanın həm iqtisadi, həm də siyasi arenasına uğurla inteqrasiya etməkdədir. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm nüfuz sahibi olması bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verməkdədir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə