“Terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb” - DSX rəisinin müavini

“Son bir il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib”. SİA-nın verdiyi məlumata görə, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb: “Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə