Ölkə rəhbərliyinin apardığı uğurlu siyasət dövlətimizin tərəqqisini ucaltmışdır ŞƏRH

Azərbaycan Respublikasının son 30 ildə artan iqtisadi inkişafı və həmçinin dünya iqtisadiyyatına olan inteqrasiyası uğurla davam etməkdədir. Bəli, müstəqilliyin bərpa olunduğu illərdə ölkə iqtisadiyyatı çökmüş bir vəziyyətdə idi. Ulu Öndər Heydər Əliyevin dövlətin siyasi rəhbərliyinə ikinci dəfə gəlişi, Azərbaycanı anarxiyadan, ölkədə baş verən hərc-mərclikdən və xaosdan xilas etmiş oldu. Dahi Lider qısa zaman ərzində bağladığı beynəlxalq iqtisadi müqavilələr ilə dövlət büdcəsinin yenidən dirçəlməsinə nail oldu. Bu müqavilələrdə əsas pay sahibliyi neft-qaz sektoru üzərində qurulmuşdur ki, sonda “Əsrin Müqavilə”sidə bağlanaraq gələcəkdə Azərbaycanın kapitalına çox müsbət təsir göstərmişdir.

Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Cənab İlham Əliyev Azərbaycanın bu günü və gələcəyi üçün çalışmaqdadır. Ata vəsiyyətini yerinə yetirərək, işğal altında olan torpaqlarımızı Dəmir Yumruqla düşmən tapdağından azad etməsi Cənab Prezidentin beynəlxalq siyasi sferada olan nüfuzu və uğurudur. İşğaldan azad olunan ərazilərdə sürətli şəkildə bərpa quruculuq işlərinin aparılması günümüzdə Ölkə Başçısının tam nəzarəti altında həyata keçirilməkdədir. Bununla yanaşı, qeyd olunan ərazilərdə artıq kənd təsərrüfatı, həm maldarlıq, həm əkinçilik və bitkiçiliyin inkişafı üçün çox əlverişli iqlim və münbit torpaqla zəngin olduğundan inkişaf etdirilməsi labüddür. Hər kəs çox gözəl bilir ki, dünyada olan qlobal problemlərdən biri də ərzaq təhlükəsizliyidir. Cənab Prezidentin öz çıxışında bildirdiyi kimi: “Biz özümüzü taxılla hələ uzun illər təmin edə bilməyəcəyik. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırır və aparacağıq”. Bəli, bunun baş verməməsi üçün işğaldan azad olunmuş ərazilərdə tam şəkildə kənd təsərrüfatı sahəsini genişləndirmək və eyni zamanda taxılın inkişaf proqramını orada da tətbiq etmək lazımdır. Belə olduğu təqdirdə, Azərbaycanın daha hər hansı bir ölkədən taxıl idxalına ehtiyacı qalmaz.

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə