44 gündə tarix yazan Müzəffər Ali Baş Komandan İlham Əliyev və qüdrətli ordu ŞƏRH

30 illik Vətən həsrəti, nisgili, arzularımız, xəyallarımız, yuxularımız, gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı 44 gündə gerçəyə çevrildi! 10 noyabr 2020-ci il... Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli mövqeyi, Müzəffər Ordumuzun, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində 44 gün ərzində döyüş meydanında gücünü göstərdi, düşmənin müqaviməti qırıldı. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Çünki Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, deyərək, çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misligörünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar. Və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı. Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız 30 illik həsrətimizə son qoyuldu! Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı: «İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.”

ALİ BAŞ KOMANDANIMIZIN CİDDİ MESAJLARINDAN ERMƏNİLƏR DÜZGÜN DƏRS ÇIXARMALIDIRLAR

Prezident İlham Əliyev İsmayıllıda Azərbaycan Televiziyasına verdiyi müsahibədə son günlər Qarabağda baş verən düşmən təxribatı, işğaldan azad edilmiş torpaqlarda görülən yenidənqurma işləri, "Qisas" əməliyyatı və onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat verərək Ermənistana ciddi mesajlar və xəbərdarlıqlarını etdi. Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, Azərbaycan hər zaman şəhidinin qanını yerdə qoymayıb və son "Qisas" əməliyyatı da bunu bir daha təsdiqlədi. Əgər düşmən növbəti təxribata əl atsa, Azərbaycan Ordusunun qarşısını heç bir qüvvə kəsə bilməyəcək. Və ermənilər sülhün tezliklə bərqərar olunması istiqamətində addımlar atmasalar... Azərbaycan Prezidentinin bu xəbərdarlığından həm Ermənistan rəhbərliyi, həm revanşist qüvvələr, həm də Qarabağda yaşayan ermənilər dərs almalıdırlar. Ermənilər bilməlidirlər ki, son "Qisas" əməliyyatı da cəza tədbiri idi. Şəhidimizin qisası alındı və ermənilərin təxribat törətmələri onlara baha başa gələcəyini bilməlidirlər. Və sülhün tezliklə bərqərar olması istiqamətində addımlar atmalı, 10 noyabr Bəyanatını imzalamış dövlətlər imzalarına hörmətlə yanaşmalı, Azərbaycanın haqq səsini başa düşməlidirlər. Əks halda "Dəmir yumruğ"un təsirini unudanlar təkrar görməli olacaqla. Və bu gün Azərbaycan Prezidenti humanizm nümayiş etdirərək bir daha Ermənistana çıxış yolu göstərir, bu ölkəni sülhə dəvət edir. Prezident bir daha Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi, Qarabağda yaşayan ermənilərə isə çıxış yolu göstərdi. Ya məğlub Ermənistanın vətəndaşlığında qalıb Azərbaycan torpaqlarından getməli, ya da qalib dövlətin vətəndaşlığını qəbul edib ölkəmizin ərazisində yaşamalıdırlar... Əks halda heç kim "dəmir yumruğ"u durdura bilməz: "Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq".

Prezident müsahibəsində, həmçinin qeyd etdi ki, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Müzakirə mövzusu yalnız Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsidir. Prezident bəyan edib ki, Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Ermənilər də yaxşı bilirlər ki, İlham Əliyev verdiyi vədin, sözün hər zaman arxasında duraraq onu reallığa çevirən liderdir. Azərbaycan Prezidenti bir daha Ermənistan rəhbərliyinə mesaj göndərərək dedi ki, müharibə artıq bitib və Qarabağ münaqişəsinə son qoyulub. İndi sülh danışıqlarına başlamağın vaxtıdı. Hələ ki qarşı tərəfdən müsbət cavab alınmasa da, Azərbaycan ümid edir ki, tezliklə bu, baş verəcək. Çünki indi diktəni qalib dövlət edir. Bir sözlə, İlham Əliyevin qətiyyətli fikirlərindən Ermənistan rəhbərliyi və revanşist qüvvələr dərs çıxarmalıdırlar. Çünki sentyabrın 27-də Ermənistanın törətdiyi təxribata atekvat cavabı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdığı kimi, bu gün də ermənilər sülhün tezliklə bərqərar olunması istiqamətində addımlar atmalı, 10 noyabr Bəyanatını imzalamış dövlətlər imzalarına hörmətlə yanaşmalı, Azərbaycanın haqq səsini başa düşməlidirlər. Bir sözlə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli fikirlərindən Ermənistan rəhbərliyi və revanşist qüvvələr dərs çıxarmalı, Qalib sərkərdənin söylədiyi kimi, Ermənistan tarixi yenidən yazmaq cəhdlərindən də çəkinməlidir, çünki tarix Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusu tərəfindən artıq yazılıb.

ZƏRİFƏ QULİYEVA,

"Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...