Tərtərdə şəhid Azər Şəmilovun məzarı ziyarət edilib FOTOLAR

II Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan Şəhid Şəmilov Azər Elyas oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib. 13 avqust 2022- ci il tarixdə keçirilmiş mərasimdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər rayon icra hakimiyyətinin birinci müavini Elvin Umudov və rayon icra hakimiyyətinin məsul işçiləri, bir qrup YAP fəalı və şəhidin ailə üzvləri şəhidinin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül-çiçək dəstələri qoyaraq ruhuna dualar oxunmuşdur. Sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edib, Şəhid Şəmilov Azər Elyas oğlunun şərəfli döyüş yolundan danışıblar. Mərasimdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və digər qonaqlar Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını, Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərini, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsini, Azərbaycan xalqının özünəinamını geri qaytardığını, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdiyini vurğuladılar. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Şəhid Şəmilov Azər Elyas oğlu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “ Rəşadət “ ordeni , “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və ilə təltif edilmişdir.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirik.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə