“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərinin Alabino poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirakçı ölkələrin nümayəndələri texniki hazırlıq üzrə normativləri yerinə yetiriblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, müsabiqədə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Qeyd edək ki, “Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə