Yaponiyanın Baş naziri Əli Əsədova təşəkkür edib

Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar ona başsağlığı məktubu ünvanladığına görə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür edib.

Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Təşəkkür məktubunda F.Kişida cari ilin sentyabr ayında Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyinin qeyd olunacağını xüsusi vurğulayıb. İki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq münasibətlərinin inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub.

Yaponiyanın Baş naziri bildirib ki, Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərini inkişaf etdirmək üçün çalışmış Ş.Abenin iradəsinin davamçısı olaraq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə