Azərbaycan-Moldova münasibətləri hansı səviyyədədir? - QAFSAM-IN SƏDRİ AÇIQLADI

Azərbaycan-Moldova münasibətləri hansı səviyyədədir? - QAFSAM-IN SƏDRİ AÇIQLADI

“Azərbaycan-Moldova münasibətləri hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Keçmiş Sovet İttifaqı dövründə də Azərbaycan və Moldova dövlətləri arasında olan münasibətlər daha çox müsbət çalarlarla yadda qalıb”. Bu fikirləri SİA-ya açıqlamasında QAFSAM-ın sədri Araz Aslanlı bildirib.

Sədrin sözlərinə görə, hər iki dövlət öz ərazi bütövlüyünü tamamlamaq üçün bir sıra təhdidlərə məruz qalıblar: “Sovet impersiyası dağıldıqdan sonra da baş verən ərazi bütövlüyü ilə bağlı proseslər bu iki dövləti bir-birinə daha yaxın etdi. İki dövlətində təmsil olunduğu Gürcüstan, Azərbaycan, Moldova, Ukrayna ittifaqına Özbəkistanda qoşulmuşdu. Hətta bu model keçmiş Sovet İttifaqı ərazisində yaranmış dövlətlərin ən uğurlu modeli kimi qiymətləndirilə bilər. Bildiyiniz kimi bir çox modellər mövcuddur.Lakin bu birlik həqiqi idi və üzv dövlətlərin maraqlarına tövhə verən bir sistem idi. GUYAM modeli yalnız siyasi istiqamətdə deyil müxtəlif platformaları əhatə edirdi. GUYAM üzvləri keçmiş SSRİ ərazisində yaranmış ölkələri idi ki, bir-birlərini vacib məqamlarda dəstəkləyirdilər. Bu hal təbii ki, Azərbaycan üçündə çox önəmli idi. İki tərəfli əməkdaşlığa mane olan amil corafi baxımdan dövlətlərin bir-biri ilə qonşu olmamasıdır. Bəlkə də Moldova ilə daha rahat bir əlaqə olsa idi bu iki dövlət arasında olan münasibətlər daha da inkişaf edə bilərdi. Azərbaycan-Moldova münasibətləri eyni zamanda strateji baxımdan da mühim əhəmiyyət kəsib edir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə