“Üçtərəfli görüş zamanı regional əhəmiyyətli məsələlər müzakirə ediləcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan-İran-Rusiya hökümət rəsmiləri ayrı-ayrılıqda bir sıra regional iqtisadi əhəmiyyyəti olan lahiyələri müzakirə ediblər. Lakin uzun müddətdir bu 3 ölkənin görüşü keçirilmirdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloqun sözlərinə görə, çox qısa bir müddət bundan əvvəl Tehranda İran-Rusiya-Türkiyə dövlətlərinin rəsmilərinin görüşü keçirilmişdir: “Bu görüşdən çox qısa bir müddət sonra Azərbaycan-İran-Rusiya hökümət rəsmilərinin 3 tərəfli görüşünün mühim əhəmiyyəti var. Azərbaycan-Türkiyə rəhbərliyi tərəfindən irəli sürülən 3+3 lahiyə və hazırda isə 3+2 şəklində davam edən əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi baxımından eyni zamanda 3 ölkənin bundan sonra regiona fayda verəcək yeni lahiyələri birgə müzakirəsi üçün mühim əhəmiyyəti olacaq. Azərbaycanın qalib kimi diqtə etdiyi Zəngəzur dəhlizi ilə bağlı məsələ regionun böyük gücləri olan Rusiya və Türkiyə tərəfindən dəstəklənsə də, İran tərəfi müəyyən mənada əngəllər törədir. Hesab edirəm ki, hökümət rəsmilərinin üçtərəfli görüşündə Zəngəzur dəhlizinin reallaşdırma perspektivlərindən də bəhs ediləcək. İndiki dövrdə Rusiya-Ukrayna müharibəsi eyni zamanda post-pandemiya dövrünün yaratdığı çətin mənzərə qarşsında regionun böyük güclərinin bu tip qarşılıqlı əlqələrinin vacibliyinə inanıram. Fikrimcə, bu tip görüşlər davamlı hal almalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB