"Tarixən Ermənistan ərazisi yoxdur" - DEPUTAT AÇIQLADI

"Tarixən Ermənistan ərazisi yoxdur" - DEPUTAT AÇIQLADI

“Tarixən Ermənistan ərazisi yox, Qərbi Azərbaycan Ərazisi var. Tarixi Azərbaycan torpaqlarında 1918-ci ildə süni sürətdə yaradılan və bugünə qədər davam edən Ermənistan adlı bir dövlət var. Heç kim üçün sirr deyil və bunu tarixi sənədlər də təstiq edir ki, 200 il bundan əvvəl Rusiya İmperiyası Cənubi Qafqazı tutduqdan sonra öz mövqelərini möhkəmləndirməkdən ötrü ona loyal olan erməni ailələrini kütləvi sürətdə Azərbaycan torpaqlarına köçürdü. Yenə də əvvəl Rusiya İmperiyasının, sonra isə sovet Rusiyasının köməyi ilə ermənilər bu torpaqlardan azərbaycanlıları kütləvi surətdə köçürdülər və bu torpağı erməniləşdirməyə çalışdılar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bütün səylərinə baxmayaraq 1915-ci ildə Ermənistanın indiki paytaxtı İrəvan əhalisinin 75 faizi azərbaycanlı idi: “1918-ci ildə süni sürətdə yaradılan Ermənistan dövlətinin əhalisinin əksəriyyəti azərbaycanlı idi. Lakin azərbaycanlıların hüquqlarını mərkəzi hakimiyyətdə qoruyan qüvvələr olmadığına görə, ermənilər həyasızlıqa azərbaycanlıları öz dədə-baba torpaqlarına qovdular.

İlk növbəəd yer adlarını dəyişdilər. Tarixi saxtalaşdırdılar, Azərbaycan mədəniyyətinə yiyələnməyə çalışdılar. Azərbaycan mətbəxini və musiqisini mənimsədilər. Azərbaycanın uğurlu olduğu bütün sahələri öz adlarına çıxdılar”.

Deputat sözlərinə belə davam edib: “Azərbaycan xalqı bunlarla razılaşmadı. Biz həmişə tarix və irsimizin qorunmasına çalışdıq. Zaman-zaman Azərbaycan ziyalıları maksimum mübarizə apardılar. Bu mübarizənin önündə ötən əsrin 60-ci illərindən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev gedirdi. Heydər Əliyevin Azərbaycan mədəni və tarixi irsinin qorunmasında fəaliyyəti misilsizdir. Onun apardığı fəaliyyət azərbaycanlılara güc və inam verdi.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi və müstəqil güclü Azərbaycan qurması öz nəticəsini verdi. Onun siyasi kursunun indiki Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ərazi bütövlüyümüzün təmin edilməsinə, Azərbaycan tarixinin obyektiv öyrənilməsi üçün böyük şərait yaratdı. Bu gün biz öz tarix, irs və mədəniyyətimizə sahibik. Bunların erməniləşdirilməsinə və ermənilər tərəfindən saxtalaşdırılmasına imkan verməyəcəyik. Ulu Öndər Heydər Əliyev bizə böyük bir irs qoyub gedib və cənab İlham Əliyev də hər birimiz üçün nümunədir.

Bugünlərdə Qərbi Azərbaycan İcmasi təşkilatının yaradılması da Azərbaycan xalqının öz tarix və irsinə sahib olma inamından xəbər verir. Bu icmanın yaradılması Azərbaycan ictimaiyyətində böyük razılıqlar qarşılandı və buna böyük bir axın var. Ermənistanda bu icmanın yaradılması böyük narahatlıq doğurdu. Çünki Azərbaycan xalqı öz tarixini qorumaq üçün bütün hüquqi imkanlardan istifadə edir. Xalqımızın bu sevgisi böyük bir qüvvədir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə