Millət vəkili Kubanın Azərbaycandakı səfirliyinə başsalığı verib

Milli Məclisin deputatı, Azərbaycan-Kubaparlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşad Mirbəşir oğlu Kuba Respublikasının Azərbaycandakı səfirliyinə başsağlığı müraciəti ünvanlayıb. SİA xəbər verir ki, müraciətdə qeyd olunur: Kubanın Matansas limanında baş vermiş dəhşətli yanğın haqqında xəbər hər birimizi sarsıtdı. Dost Kuba Respublikasında baş vermiş geniş miqyaslı yanğın nəticəsində xəsarət alanlar, həyatını itirənlər və itkin düşənlər haqqında xəbərlər Azərbaycan xalqı tərəfindən ürək ağrısı ilə qarşılanır. Bu ağır günlərdə Azərbaycan xalqı dost Kuba xalqının yanındadır. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu baş vermiş yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə