“Azərbaycan ordusu Azərbaycan xalqının qürurunu və şərəfini qoruyan yeganə orqandır. Ona görə də, hər birimiz ordumuz haqqında danışarkən mütləq ehtiyatlı və hörmətli davranmalıyıq”. Bunu “Səs” qəzetinə açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
M.Rəhimli onu da bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Azərbaycan xalqının illərdi sınmış qürurunu özünə qaytara bildi və torpaqlarımızı işğaldan azad etdi: “Azərbaycan ordusuna dəstək hər bir kəsin borcudur. Nəzərə alınmalıdır ki, Azərbaycanın müstəqilliyinin qorunmasında, ərazi bütövlüyünün təmin olunmasında Azərbaycan ordusunun əməyi misilsizdir. Bu baxımdan da, hansı mövqedə olmasından asılı olmayaraq ordu haqqında mütləq Azərbaycan dövlətçiliyi aspektindən məsələyə yanaşmaq lazımdır. Azərbaycan dövləti və ordusu əbədi olaraq qalır. Ordumuzun da çox şərəfli bir missiyası var və bu missiyanı da uğurla daşımaqdadır. Azərbaycan xalqı ilə ordusu birləşdikdə bu gücün qarşısında heç bir işğalçı davam gətirə bilməz. Biz məsələyə də məhz bu aspektdən yanaşmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB