Mehriban Əliyeva Leyla Əliyeva ilə Mövlanə Muzeyində olub

Konya şəhərində səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mövlanə Muzeyini ziyarət ediblər.
Mehriban Əliyeva Leyla Əliyeva ilə Mövlanə Muzeyində olub

V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərində səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mövlanə Muzeyini ziyarət ediblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Konya Vilayət Mədəniyyət və Turizm müdiri Abdüssettar Yarar Mehriban Əliyeva və Leyla Əliyevaya muzey haqda məlumat verib.

Daha sonra Mehriban Əliyeva və Leyla Əliyeva Mövlanə Cəlaləddin Ruminin tabutu önündə dua ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə