“Cəmil Həsənli aradan çıxmaq istəyir” AÇIQLAMA

““Milli Şura”nın sədri olan Cəmil Həsənli gördü ki, onun sədrliyi altında “Milli Şura” adlandırılan qurumun heç bir perspektivi yoxdur. Yəni nə cəmiyyətdə onun bir tərəfdarı, nə kifayət qədər sosial bazası, nə də ki qarşılarına qoyduqları məqsədlərinə çatmaq üçün hər hansı imkanları var. Ona görə də, Cəmil Həsənli aradan çıxmaq istəyir”. Bunu “Səs” qəzetinə açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, Əli Kərimli Cəmil Həsənlinin yerinə, yəni onun səviyyəsində, ona bərabər yaxın bir şəxs tapsın ətrafında: “Çox güman ki, “Milli Şura” adlı qurum buraxılacaq. Əgər buraxılmasa, onda Əli bəy müvəqqəti olaraq özü sözügedən qurumun sədrliyini üzərinə götürəcək. Yəni bundan başqa variant görmürəm. Düşünürəm ki, belə ola bilər. Çünki hər kəs bilir ki, “Milli Şura” adlandırılan qurumun hansı məqsədlə yaradılmış və qarşılarına hansı məqsədi qoymuşdular. Qarşılarına qoyduqları məqsədin də əlçatan olmaması da hər kəsə bəllidir. Bir sözlə, çox güman ki, C.Həsənlinin sədrlikdən istefasından sonra “Milli Şura” adlandırılan qurum özünü buraxacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...