"Erməninin başına vura-vura sülh müqaviləsini imzaladacağıq” - DEPUTAT ŞƏRH ETDİ

“10 noyabr Üçtərəfli Bəyanatın tərkib hissəsi olan Laçın dəhlizinə alternativ yolun çəkilişi başa çatandan sonra burada dislokasiya olunmuş rus sülhməramlıları yeni marşruta köçürüləcəklər”. Bu fikirləri millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə işlərə başlanılmış, Laçın və Zabux ermənilərdən boşaldılır: “Amma bununla yanaşı revanşistlər silahlı mübarizə aparacaqları ilə bağlı ifadələri səsləndirirlər. Qeyd etmək istəyirəm ki, sülhməramlılar Laçın dəhlizi ərazisini tərk edənə qədər oralarda heç bir revanşist qalmayacaqdır. Revanşistlər hazırda ruslara arxayınlaşıb qışqırırlar. Həm də Üçtərəfli Bəyanatın maddələrini Ermənistan öz xoşu ilə icra etmir, Azərbaycan onları məcbur edir. Məsələn, biz alternativ yolun yaxın günlərdə hazır olacağını və yaxın zamanda Laçın dəhlizinin boşaldılmasını deyəndə Ermənistanın rəhbərliyi çəkiləcək yeni marşrutun razılaşdırılmadığını səsləndirərək hələ 2023-cü ilin sonuna qədər vaxtların olduğunu və köçməyəcəklərini demişdi. Sonra da Laçın istiqamətində təxribata əl atdılar. Ali Baş Komandan “Qisas” əməliyyatının keçirilməsinə tapşırıq verdi. Qısa bir müddətə Dəmir Yumruq meydana qayıtdı və hər şey öz yoluna düşdü. İndi erməni rəhbərliyi səsini belə çıxartmır”.

A.Badamov təəssüflə onu da bildirdi ki, Üçtərəfli Bəyanatın icra olunmamış maddələri hələ də qalmaqdadır: “Hesab edirəm ki, arada-bir antiterror əməliyyatları keçirməli olacağıq. Məhz yumruğumuzu erməninin başına vura-vura sülh müqaviləsini imzaladacağıq. Əgər erməninin əlində balaca bir fürsət olsaydı, onlar heç vaxt nə Azərbaycanla razılığa gəlməzdilər, nə də bəyanatın şərtlərini icra etməzlər. Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində ermənilərin hərbi və iqtisadi gücünü tam məhv etmişdir. İndi revanşistlərin səsləndirdikləri silahlı mübarizə ilə bağlı ifadələrin ssenarisini kənarda yazılır və bunlar səsləndirirlər. Amma həm bu revanşist ssenarini yazanlar, həm də səsləndirənlərə gün kimi aydındır ki, ifadə etdikləri fikirlər boş-boşuna danmaqdan başqa bir şey deyil. Hətta belə bir addım atacaqları təqdirdə də Azərbaycanın rəşadətli ordusu gecə-gündüz hər bir hala hazır vəziyyətdədir. Məqsədimiz erməni silahlı tör-töküntüləri ərazilərimizdən təmizləmək və Qarabağın ermənilərin məskunlaşdığı ərazilərdə də Azərbaycan hakimiyyətini və dövlət quruluşunu bərpa etməkdir. İnanıram ki, buna çox az zaman qalıb”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...