Rəcəb Tayyib Ərdoğan Ermənistana çağırış edib

Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi davam edir. Qurban bayramında Ermənistanın baş naziri Nikol Paşinyanla çox konstruktiv telefon danışığı apardıq.

SİA-nın məlumatına görə, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ermənistanın prosesləri doğru qiymətləndirərək Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin qısa müddətdə sabitliyə qovuşacağına inanıram", - deyə R.T.Ərdoğan qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə