"Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyi və 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun gücü ilə 30 illik erməni işğalına son qoydu. Ermənistan diz çökərək kapitulyasiya aktına imza atdı. Beləliklə, Üçtərəfli Bəyannamə imzalandı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, bəyannaməyə uyğun olaraq Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “Erməni hərbi terrorçular hələ də Azərbaycan ərazisində mövcuddur. Onlar Vətən müharibəsi bitdikdən sonra dəfələrlə təxribat törədiblər.
Ermənistan bilməlidir ki, Azərbaycanın səbr kasası limitsiz deyil. 3 avqust tarixində Azərbaycan erməni təxribatlarının qarşısını alaraq Qisas əməliyyatı keçirərək onların canlı qüvvə, hərbi texnika və postlarını məhv etdi. Həmçinin, ordumuz çox vacib yüksəklikləri nəzarətə götürdü”.
Deputat sözlərinə belə davam edib: “Əgər Ermənistan nəticə çıxarmayacaqsa, sözdə sülhə söz verib əməldə bunu göstərməyəcəksə Azərbaycan anti-terror əməliyyatı keçirmək hüququnu saxlayır və istənilən vaxt bunu edə bilər. Artıq beynəlxalq aləm bununla bağlı Ermənistana təzyiq etməlidir.
Bu gün Ermənistan bölgədə sülh və əmin-amanlığa qarşı çıxır. Necə ki, Azərbaycan BMT-nin 4 qətnaməsini öz gücü ilə icra etdi, Ermənistan da tabe olmasa onları da acınacaqlı vəziyyət gözləyir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB