Dağıdıcı müxalifət hər cür iyrənc əməllərdən istifadə edir AÇIQLAMA
“Bu gün müxalifət partiyalarının normal inkişaf edə bilməməsi və cəmiyyətdəki ictimai-siyasi proseslərə təsir edə bilməməsinin səbəblərinin məhz həmin liderlər ilə əlaqələndirmək lazımdır. Düşünürəm ki, bu partiyalar da həmin liderlərin şəxsi maraqları üzərində qurulub. Demək olar ki, adı çəkilən partiyalar ancaq bir şəxsin iradəsindən asılıdır”. Bunu Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sözügedən partiyalar normal bir partiyaya çevrilə bilmirlər: “Bunun da əsas səbəbi, uzun illərdi ki, bu partiyaların başında oturan öz şəxsi maraqlarını güdən liderlərlə bağlıdır. Ümumiyyətlə, bu gün müxalifət gündəmdə qalmaqdan ötrü reallığı özündə əks etdirməyən məsələlər ilə məşğul olur. Dağıdıcı müxalifət ictimaiyyətin diqqətini özlərinə cəlb etmək üçün hər cür iyrənc əməllərdən istifadə edir. Müxalifət təmsilçilərinin bu cür yersiz hərəkətləri xalq tərəfindən pis qarşılanır”.
T.Novruzov onu da bildirdi ki, bu gün dağıdıcı müxalif partiyaları ayrı-ayrı şəxslər ətrafında formalaşaraq fəaliyyət göstərirlər: “Sözügedən partiyaların iş fəaliyyəti həmin şəxslərin şəxsi maraqlarına yönəlir. Digər tərəfdən də Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət partiyalarının zəif olmasının əsas səbəbi sözügedən partiyalara rəhbərlik edən liderlərin səhv siyasət aparmaları ilə bağlıdır. Bir sözlə, adı çəkilən partiya sədrləri öz səhvlərini, öz içərilərində, partiyalarında və fəaliyyətlərində axtarmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB