Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib

Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib

Türkiyə İkinci Qarabağ müharibəsi başlayarkən qəhrəman Azərbaycan ordusunun işğal altındakı torpaqlarını azad etməsini dəstəklədi.

SİA-nın məlumatına görə, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, torpaqların azad edilməsindən sonrakı addım regional əməkdaşlıq oldu.

"Hazırda biz regionda rifah və sülh üçün çalışırıq. Ermənistana təxribatları davam etdirməmələri üçün xəbərdarlıq edirik", - deyə M. Çavuşoğlu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə