Ermənistan vətəndaşı Vahe Qambaryan Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək ona Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmasını xahiş edib. Onun videomüraciəti Telegram kanallarında yayımlanır.
SİA bu barədə Rusiyanın “vestikavkaza.ru” saytına istinad edir.
Belə ki, Bakıya səfər etmək istəyən Qəmbəryan, daha sonra isə Xankəndində yaşamaq arzusunu bildirib.
Bununla yanaşı, o, Azərbaycan xalqını sevdiyini və hörmət etdiyini də qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl erməni fəal və bloger İşxan Verdyan da Azərbaycan prezidentinə müraciətini lentə almışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB