Özbəkistan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu pisləyən bəyanat yayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyinin avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pislədiyi bildirilib.

“Biz diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkəti qətiyyən yolverilməz hesab edirik.

Biz bu hadisənin hərtərəfli araşdırılmasına və bu işdə əli olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırırıq.

Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”, - deyə bəyanatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə