"Müharibə 2023-cü ilə qədər davam edəcək” - POLİTOLOQ AÇIQLADI

"Müharibə 2023-cü ilə qədər davam edəcək” - POLİTOLOQ AÇIQLADI

“Ukrayna-Rusiya müharibəsinin bugünkü vəziyyətinə diqqət yetirsək qeyd edə bilərik ki, böyük ehtimalla bu müharibə 2023-cü ilə qədər davam edəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şahin Cəfərli bildirib.

Onun sözlərinə görə, çünki konfiliktin diplomatik həlli ilə bağlı tərəflərin mövqeləri bir-birinə ziddir: “Yəni tərəflərin siyasi mövqeləri arasında qətiyyən uyğunluq və yaxınlıq yoxdur. Rusiya konfiliktin həlli üçün faktiki olaraq Ukraynaya kapitulasiya təklif edir. Yəni Rusiyanın irəli sürdüyü sülh şərtlərinə nəzər salsaq görərik ki, bu Ukraynanın tam təslim olması anlamına gəlir. Ukrayna isə bu şərtləri rədd edir və belə şərtlərlə masaya oturmayacağının qeyd edir.

Ukraynanın əsas məqsədi ondan ibarətdir ki, cəbhə xəttində müəyyən bir bərabərliyə nail olsun. Ən azından ərazilərinin bir qismini geri qaytarsın ki, danışıqlar masasına əyləşəndə mövqeləri güclü olsun və öz şərtlərini Rusiya tərəfinə qəbul etdirsin. Bu konfiliktin hələ bir müddət davam edəcəyinin şahidi olacağıq. 2014-cü ildə başlayan konfilikdən sonra 8 il münaqişə davam etdi. Çox aktiv hərbi əməliyyatlar aparmalıdı, amma atəşkəs mütəmadi olaraq pozulurdu. Böyük ehtimalla bu müharibə də uzun müddət davam edəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə