Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin strukturunda dəyişiklik edilib. SİA-nın xəbərinə görə, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
R.Qasımov bildirib ki, MSK-da bir qrup formalaşdırılıb: “Araşdırma nəticəsində qərara gəlinib ki, Katiblikdə yeni formatda dəyişikliklərin edilməsinə ehtiyac var. Ona görə də belə qənatə gəlinib ki, İnsan resursları sektoru yaradılsın".
MSK sədrinin müavini həmçinin qeyd edib ki, digər bir məsələ isə kommunikasiya ilə bağlıdır: "Bütün bunları nəzərə alaraq, Media və ictimai əlaqələr şöbəsinin adının dəyişdirilərək Media və kommunikasiya şöbəsi olaraq dəyişdirilib. Bundan əlavə siyasi partiyalarla və ictimai təsisatlarla iş şöbəsi yaradılıb".
R.Qasımov həmçinin əlavə edib ki, strukturda Siyasi partiyalarla iş və siyasi partiyaların maliyyə hesabatlarının qəbulu sektoru da yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB