"Ermənilər bizim tariximizi silmək istəyir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"Ermənilər bizim tariximizi silmək istəyir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

Müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyası həyata keçirilmişdir. Azərbaycan xalqı Ermənistan ərazisində zəngin tarixi-mədəni irs yaratmışdır. Bunların beynəlxalq şəkildə dünyada tanınması üçün hansı tədbirlər həyata keçirilməlidir? Həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması üçün hansı işlər görülməlidir? Bu barədə SİA millət vəkillərinin fikirləri öyrənib.

Millət vəkili qey edib ki, 2 əsr müddət ərzində azərbaycanlıların hazırkı Ermənistan ərazisindən deportasiya edilməsi davam etdirilmiş və bütün bu ərazilərdə erməniləşdirmə siyasəti həyata keçirilmişdir: "Heç də sirr deyil ki, Ermənistan bir layihədir və burada əsas məqsəd türk torpaqlarında buffer zona yaradaraq, Osmanlı Türkiyəsi ilə əlaqələri kəsmək, eyni zamanda, Azərbaycanı tamamilə işğal etmək idi. Tarixin müxtəlif dövrlərində də azərbaycanlılara qarşı dəfələrlə deportasiya siyasəti həyata keçirilmişdir. Hazırkı Ermənistan torpaqlarından azərbaycanlıların çıxarılmasına ermənilər nail olmuşdur. Lakin heç kəsə sirr deyil ki, bu ərazilər Azərbaycan türklərinə məxsus olubdur, neçə minilliklər boyu burada məhz Azərbaycan türkləri yaşayıbdır. Ermənilər isə 19-cu əsrdə bu ərazilərə köçürülüb. Biz həm 1905-1918, 1948-1953-cü illərdə sonuncu olaraq 1988 və 1991-ci illərdə Ermənistan hərbi ərazilərdən Azərbaycan əsilli vətəndaşların köçürülməsi baş tutdu və tamamilə bu ərazilər azərbaycanlaşdırıldı. Lakin bilirsiz ki, bununla yanaşı Qarabağ, Şərqi Zəngəzur torpaqları da Ermənistan tərəfindən işğal edildi. Bu baxımdan da, biz Qarabağ probleminin həllinə kökləndik. Həmçinin, Ermənistandan gəlmiş məcburi köçkünlərin hüquqlarının müdafiə edilməsi və onların öz yurdlarına qayıtması üçün fəaliyyətimizi müəyyən dərəcədə ləngitmiş olduq. Hədəfimiz məhz Qarabağ, Şərqi Zəngəzurdan gəlmiş köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasına nail olmaq idi. Şükürlər olsun ki, 2020-ci ildə Ali Baş Komandan cənab Prezident İlham Əliyevin başçılığı altında rəşadətli ordumuz Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi və biz bu il keçmiş məcburi köçkünlərimizin torpaqlarına qayıtmasının şahidi olduq. Hazırda da bu proses davam etdirilir. Bizim əsas məqsədimiz tarixi torpaqlarından didərgin salınmış Qərbi azərbaycanlıların həmin torpaqlarda yaşamalarının bərpa edilməsidir. Necə ki, Qarabağ müharibəsi zamanı bir dəmir olduq, bu gün də əsas hədəfimiz hazırkı Ermənistan torpaqlarına həmin yerlərin öz sakinləri olan Qərbi azərbaycanlıların qaytarılmasına nail olmalıyıq”.

Millət vəkili Tahir Kərimli: “Ermənistan adlanan indiki ərazidə azərbaycanlıların kütləvi şəkildə deportasiyası bir neçə dəfə baş verib. Nəzərə alaq ki, Ermənistan heç vaxt çoxluq şəklində olmayıb. Rus imperiyası müxtəlif dövlətlərin İran və Osmanlı imperiyasının ərazisindəın erməniləri gətirərək Azərbaycan ərazisində yerləşdirmişdir. Bununla da ruslar süni Ermənistan dövlətini elan etmişdir. Lakin tarixi heç vaxt aradan qaldırmaq olmaz. Tarixdə olan faktlara əsasən, bizim həmin ərazilərdə tarixi abidələr və məscidlərimiz olub. Təbii ki, ermənilər bizim izimizi itirmək istəsə də, buna nail ola bilməyib. Dünya bu gün bunları daha artıq dərəcədə bilir. Mən konfransda da qeyd etdim ki, Albaniya dövləti haqqında biz qanun qəbul etməli və hüquqi varisliyimizi təmin etməliyik. Bəzi beynəlxalq təşkilatlar bildirir ki, sizin bu haqda konstitusion qanunuz yoxdur və bizdən bir çox tələb edirsiz. Məhz bu səbəbdən də milli qanunlar bir sıra məsələlərin həllində aparıcı rol oynayır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə