"Ermənilər bunu dərk etsə yaxşı olar" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"Ermənilər bunu dərk etsə yaxşı olar" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"Cənab Prezident İlham Əliyevin 44 günlük qələbəsindən sonra artıq yeni dövr başlandı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov bildirib.

Millət vəkilinin sözlərinə görə, 200 ildən artıq bir müddətdir ki, ermənilərin apardığı siyasət Ali Baş Komandan İlham Əliyev tərəfdən dayandırılıb: "Azərbaycan xalqının və dövlətinin hər zaman əsas məqsədi sülhün bərqərar olmasıdır. Lakin bugünkü gün ermənilər dinc oturmurlar, yenə də sərhədyanı ərazilərimizi atəşə tuturlar.

Azərbaycan hər zaman tolerant ölkə olub. Bu gün ölkəmizdə erməni əsilli insanlar yaşayır. Biz heç bir dövrlərdə ermənilərlə savaşa çıxmaq istəməmişik. Erməni tərəfi gələcək nəsillər qarşısında adını qorumaq, ümumiyyətlə kimliklərini itirmək istəmirlərsə türklər və azərbaycanlılarla barışmalıdırlar. Azərbaycan hər zaman ədalətli tərəf olub və bu gün də ədaləti əsas götürərək digərləri ilə münasibət qurur. Ermənilər isə Çanaqqala savaşında, bolşeviklərin dövründə, Qarabağ müharibəsində öz mənfur əməllərindən və xislətlərindən əl çəkməyiblər. Təbii ki, cənab Prezidentin də qeyd etdiyi kimi biz öz dədə-baba yurdlarımıza qayıdacayıq. Orada məscidlərimizi və abidələrimizi bərpa edəcəyik. Necə ki, hələ də erməni kilsələrini şəhərimizdə qoruyub saxlamışıq. Deyərdim ki, ermənilər artıq sivil toplumun bir parçasına çevrilmək istəyirlərsə, başqalarının əlində oyuncaq olmaqdan qurtulmaq istəyirlərsə, bizim siyasətlə barışmalıdırlar. Cənab Prezidentin apardığı siyasət təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün əhəmiyyətli və önəmlidir, eləcə də ermənilər üçün. Ermənilər də bunu dərk etsə yaxşı olar".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə